2023-cü ildə «Forbes» jurnalının milyardderlər siyahısında olan 21 milyarder vəfat edib.
Milyarderlərin yeni “düşərgəsi” Əbu-Dabi olub
FED.az xəbər verir ki bu barədə «Forbes» özü məlumat yayıb.
2023-cü ildə «Forbes»in dünya milyarderlərinin son siyahısına daxil etdiyi 2640 milyarderdən ümumilikdə 21 milyarder dünyasını dəyişib.
Onlardan 9-u Amerika vətəndaşı olub. ABŞ-dan başqa, yalnız Hindistan və Malayziyada bir neçə milyarder dünyasını dəyişib. Qeyd olunur ki, bu siyahıda yalnız bir qadın var - Çinin WuXi AppTec əczaçılıq şirkətinin həmtəsisçisi Zhao Ning.
Nəşr yazır ki, 2023-cü ildə ölən milyarderlərin orta yaşı 85 idi. Demək olar ki, yarısının ən azı 90 yaşı var idi. Hindistanlı iş adamı Keşub Mahindra və Berkshire Hathaway-in sədr müavini Çarlz Munger 2023-cü ildə ölən ən yaşlı iki milyarder olub. Hər ikisinin 99 yaşı var idi.