Böyük məbləğdə kapital itirdikləri üçün 2019-cu il bir sıra milyarderlər üçün olduqca uğursuz olub.
“Bloomberg Billionaires Index” aktivləri ən çox azalan iş adamlarının onluğunu təqdim edir:
1. Ruper Merdok
-$10,2 mlrd
Sərvəti: $7,85 mlrd
Ümumi reytinqdə yeri: 220-ci
Mediamaqnatın 2019-cu ildə aktivlərinin xalis dəyəri “Walt Disney Corp.” şirkətinə məxsus olan “Fox”un aktivlərinin satışından əldə olunan gəlir Merdokun altı uşağı arasında bölündükdən sonra 10 mlrd dollar azalıb.
2. Ceff Bezos
-$8,75 mlrd
Sərvəti: $116 mlrd
Ümumi reytinqdə yeri: 1-ci
“Amazon.com Inc”in təsisçisi və baş direktoru boşanması nəticəsində sərvətinin xeyli hissəsini itirib. Hazırda onun keçmiş həyat yoldaşı Makkenzi Bezos “Bloomberg”in reytinqində 25-ci yeri tutur.
Buna baxmayaraq, Ceff Bezos “Amazon”un səhmlərinin artmasından sonra ən zəngin insanların siyahısında birinci pilləni saxlaya bilib. Şirkətdən verilən məlumata əsasən, o, bayram ərzində rekord yüksək satış edə bilib.
3. Xu Tzyain
-$2,25 mlrd
Sərvəti: $30 mlrd
Ümumi reytinqdə yeri: 32-ci
Çinli maqnat Xu Tzyain (Hui Ka Yan) “China Evergrande Group” şirkətinin təsisçisidir. Çinin bina tikən şirkətləri arasında ən çox borcu olan “China Evergrande Group”dur.
“Moody's Investors Service” 2019-cu il sentyabrın 16-da şirkətin reytinqi üzrə proqnozunu “pozitiv”dən “stabil”ə endirib. Digər reytinq agentliyi “Fitch” də sentyabrın 20-də proqnozu “stabil”ə salıb.
4. Тан Сиок Тжиен
-$2,23 mlrd
Sərvəti: $7,8 mlrd
Ümumi reytinqdə yeri: 223-cü
Tan Siok Tjien indoneziyalı iş qadınıdır. “Gudang Garam” siqaret istehsalçısı onun nəzarəti altındadır.
Dünyasını dəyişmiş əri Tan Surey Vonovicoco tərəfindən əsası qoyulmuş şirkət kretek (mixəkli siqaretlər) istehsal edir.
5. Robin Li
-$2,21 mlrd
Sərvəti: $9,21 mlrd
Ümumi reytinqdə yeri: 180-ci
Çinin ən iri axtarış sisteminin operatoru olan “Baidu Inc” şirkətinin baş direktoru Robin Li 2019-cu ildə 2,2 mlrd dollardan artıq itirib.
6. Tomas Peterffi
-$2,17 mlrd
Sərvəti: $15,3 mlrd
Ümumi reytinqdə yeri: 93-cü
“Interactive Brokers Group” broker şirkətinin rəhbəri Tomas Peterffi 2019-cu ildə, demək olar, 2,2 mlrd dollar itirib.
Şirkətin səhmləri oktyabrda onun əsas rəqibi, ABŞ-ın ən iri onlayn brokeri olan “Charles Schwab Corp.” internet-sazişlər üçün komissiyalardan imtina etmək qərarına gəldikdən sonra ucuzlaşıb.
7. Van Vey
-$1,87 mlrd
Sərvəti: $8,46 mlrd
Ümumi reytinqdə yeri: 200-cü
Van Vey bütün dünya üzrə 15 min xidmət mərkəzi olan “S.F. Holding” logistika korporasiyasının təsisçisidir.
Ötən il Van Veyin aktivlərinin xalis dəyəri, demək olar, 1,9 mlrd dollar azalıb.
8. Harold Hamm
-$1,74 mlrd
Sərvəti: $10,1 mlrd
Ümumi reytinqdə yeri: 155-ci
Harold Hamm amerikalı sahibkar, dünyanın ən zəngin insanlarından biridir.
Onun təsis etdiyi “Continental Resources” şirkəti ABŞ-ın 13 ştatında neft və qaz hasil edir və 500 mln dollara yaxın dövriyyəsi var.
Hamm 2019-cu il ərzində 1,7 mlrd dollardan artıq itirib.
9. Corc Kayzer
-$1,58 mlrd
Sərvəti: $8,56 mlrd
Ümumi reytinqdə yeri: 196-cı
Kayzer qərargahı Talsada (Oklahoma ştatı) yerləşən “Kaiser-Francis Oil” şirkətinin sahibidir. O, həmçinin iki boru kəmər sistemi və 40 mlrd dollarlıq aktivləri olan “BOK Financial”ın səhmlərinin nəzarət paketinə malikdir.
10. Seo Cunq Cin
-$1,56 mlrd
Sərvəti: $5,07 mlrd
Ümumi reytinqdə yeri: 426-cı
Seo Cənubi Koreyanın cenerik (tərkibində dərmanı ilk istehsal edən şirkətin patentləşdirdiyi aktiv əczaçılıq inqrediyentinin eynisi olan dərman vasitəsi – red.) istehsalçısı olan “Celltrion” şirkətinin təsisçisi və sədridir.
“Celltrion”un ən uğurlu preparatlarından biri revmatoid artritin müalicəsində istifadə olunan “Remsima”dır.
Oxu