2019-cu ildə Azərbaycanda qida sahəsində daha 10 min biznes subyekti qeydiyyatdan keçib.
FED.az xəbər verir ki, bu barədə qida sənayesinə həsr olunan toplantıda KOBİA-nın rəhbəri Orxan Məmmədov bildirib.
Eləcə də bax: "“Qida təhlükəsizliyi haqqında” qanunun bu il təsdiq olunacağına - ÜMİD EDİRİK"
Qeyd edək ki, KOBİA yanında İctimai Şuranın təşkil etdiyi tədbirdə qida sektoru təmsilçiləri, KOBİA, AQTA, müxtəlif sahibkarlar təşkilatçıları iştirak edib.
Onun sözlərinə görə, qeyri-neft ixracında bu sektorun potensialı genişdir və ondan lazımınca istifadə etmək lazımdır. KOBİA bu sahədə bəzi işləri aparır, məsələn öən il 150 kiçik və ortsa sahibkarın ödənişsiz sərgilərdə iştirakına şərait yaradılıb, bunların yarıdan çoxu qida sahəsində işləyən sahibkarlardır.
O.Məmmədov bildirib ki, ötən il ərzində iş adamları tərəfindən müxtəlif məsələlərlə bağlı şikayətlər də daxil olub: «Şikayətlər araşdırılb və əksər məsələlər həllini tapıb. Problemlər var etiraf edirik. Bu gün onları müzakirə edə bilərik»-deyə KOBİA rəhbəri toplantıdakı iş adamlarına müraciət edib.