Azərbaycanda sahibkarlığa dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, onların maarifləndirilməsi və işgüzar əlaqələrin inkişafı istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər nəticəsində özəl bölmənin Ümumi Daxili Məhsulda payı 83 faiz, məşğulluqda isə 78,6 faiz təşkil etmiş, ölkədə aktiv vergi ödəyicilərinin sayı 700 mindən çox olub. 2024-cü ildə Azərbaycanda açılmış iş yerlərinin 90 faizdən çoxu özəl sektor tərəfindən yaradılıb.
FED.az xəbər verir ki, bu sözləri Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bu gün Bakıda keçirilən AQEM-in 10-cu Bines Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, ölkə üzrə sahibkarlıq subyektlərinin 99 faizi kiçik və orta sahibkarlıq subyektləri olaraq, onların əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisyalarda payı ildən ilə artmaqda davam edir:
"Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq, biz sahibkarlığın inkişafı, onların hüquq və mənafelərinin qorunmasını prioritetlərdən biri kimi görürük. Son illərdə xüsusilə qadın sahibkarlığının genişlənməsi, qadınların iqtisadi proseslərdə daha fəal iştirakı üçün real addımlar atılmışdır. Bu baxımdan, qadın sahibkarların təcrübəsinin paylaşılması, şəbəkələşməsi və dəstəklənməsi üçün AQEM kimi platformaların rolu danılmazdır. (Trend)