2023-cü ilin oktyabr ayında 15,7 milyon dollar dəyərində meşə fındığı ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin oktyabr ayı ilə müqayisədə 6,1 milyon dollar 63,5% artıb.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə 9,6 milyon dollar dəyərində meşə fındığı ixrac edilib.