8 Mart Beynəlxalq Qadınlar bayramı ölkədə ən çox gül alındığı gün olmaqla yanaşı, həm də gül biznesinə baxış vaxtıdır.
8 Martda gül dükanlarında - QİYMƏTLƏR NECƏ OLACAQ?
FED.az xəbər verir ki, Azərbaycanda satılan güllərin bir hissəsi xaricdən idxal edilir. Dövlət Statistika komitəsinn məlumatına görə, 2022-ci ildə ölkəyə xaricdən 6,7 milyon dollarlıq müxtəlif güllər idxad edilib. 2021-ci illə müqayisədə bu göstərici təqribən 10% artıb – əvvəlki ilə gül idxalı 6,1 milyon dollar idi.
Azərbaycana xaricdən gül idxalının böyük hissəi qızıl güllərin payına düşür – 2022-də xaricdən 4 milyon 168 min dollarlıq - kəsilmiş təzə qızılgüllər, buket düzəltmək üçün yararlı və ya dekorativ məqsədlər üçün qızılgül gətirilib – bu ümumi idxalın 62%-i deməkdir.
Bu məbləği ölkəyə 3 milyon 145 min ədəd qızılgül gətirilib, bu hesabla 1 gülün idxalı– 1,35 dollar və ya 2,3 manata başa gəlib. 2021-ci ildə isə qiymət 1,16 dollar və ya 2 manat idi.
Daha 204 min ədəd qızılgül isə peyvənd edilmiş və ya edilməmiş – ümumi qiyməti 362 min dollar olaraq idxal edilib. Bir gülün idxal qiyməti 1,77 dollar və ya 3 manat olub. 2021-ci ildə bunların qiyməti 2,3 dollar və ya 3,9 manat idi.
Bundan başqa, ötən il xaricdən Azərbaycana kəsilmiş və buket düzəltmək üçün yararlı olan 2 milyon 512 min ədəd qərənfil gətirilib. Onların ümumi xərci 158 min dollar olub – bir qərənfilin idxcal qiyməti - 6,3 sent və ya 11 qəpik təşkil edib. 2021-ci ildə bu rəqəm 5 sent və ya 9 qəpik idi.
Kəsilmiş və buket düzəltmək üçün yararlı olan təzə səhləbçiçəyi (orxideyalar) isə 44 min ədəd gətirilib, ümumi xərci 100 min dollar təşkil edib, yəni 1 gülün idxal qiyməti 2,3 dollar və ya 3,9 manatdır. 2021-ciildə qiymətlər 2 dollar və ya 3,4 manat idi.
Kəsilmiş təzə xrizantemalar – 89 min ədəd idxad edilib. Onların ümumi dəyəri 79 min dollar, bir gülün qiyməti 0,89 dollar və ya 1,5 manat olub. 2021-ci ildə 0,9 dollar və ya 1,6 manat idi.
Kəsilmiş təzə zanbaqlar (yəni buket düzəltmək üçün yararlı olan) 75 min ədəd gətirilib. Onlara ümumilikdə 143 min dollar xərc çəkilib, beləliklə 1 gül 1,9 dollar və ya 3,2 manata başa gəlib. 2021-ci ildə isə 1,8 dollar və ya 3,1 manat idi.
Ölkəyə qızılgüld və qərənfildən sonra ən çox gətirilən güllər qladioluslar olub - 810 min ədəd. Onların idxalına ümumilikdə 884 min dollar xərc çəkilib, nəticədə 1 gül 1,1 dollar və ya 1,85 manata başa gəlib. 2021-ci ildə isə bu güllər 0,97 dollar və ya 1,6 manata idxal edilmişdi.
Ölkəyə gül qismində gətirilən digər bitkilər isə tonla hesablanır. Belə ki, 2022-ci ildə Azərbaycana 39 ton kəsilmiş digər güllər gətirilib. Onlara 360 min dollar xərclənib. Nəticədə güllərin 1 tonu 9,3 min dollar və ya kiloqramı 9,3 dollar – 16 manata başa gəlib. 2021-ci ildə bu qiymət 8,3 dollar və ya 14 manat idi .
Yarpaqlar, budaqlar və bitkilərin çiçəksiz başqa hissələri də tonla gətirilir – 2022-də belə güllərin həcmi 33 ton, idxal qiyməti 431 min dollar olub. Nəticədə 1 tonu 13 min dollar və ya 22 min manat, kiloqramı 22 manata başa gəlib. 2021-ci ildə bu rəqəmlər 14,3 dollar və ya 24 manat olmuşdu.