Xarici onlayn mağazalardan malların alışına vergi və rüsumların tətbiq edilməsi müzakirə mövzusu deyil.
Eləcə də bax: Azərbaycanda İnternetlə xaricdən alınan mallara - Vergi/rüsum Tətbiq Edilə Bilər
FED.az xəbər verir ki, bunu hökumət xarici onlayn mağazalardan malların alışına vergi və rüsumların tətbiq edilməsini gözdən keçirməsi ilə bağlı məsələyə münasibət bildirərkən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məməmmədov deyib.
O bildirib ki,Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) tərəfindən məsələ qaldırılıb amma dövlət tərəfindən bu məsələ ilə bağlı heç nə müzakirə aparılmır. Bu dəqiqə xarici onlayn mağazalardan malların alışına vergi və rüsumların tətbiq edilməsi müzakirə mövzusu deyil. Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının üzvləri də (AFRA) sahibkarlardır onlar bu məsələni təbii ki,qaldıra bilər.
Orxan Məmmədov eyni zamanda hökümətin bu məsələ ilə bağlı mövqeyinə də aydınlıq gətirərək "Dövlətin mövqeyi odur ki o həm Azərbaycan Pərakəndə Geyim İdxalçılarını müdafiə etməlidir həm də onlayn ticarətlə məşğul olan sahibkarları.Onları da biz fikirləşməliyik hazırda bu məsələ müzakirə edilmir,"-deyə əlavə edib.
Qeyd edək ki, bu günlərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) ilə keçirdiyi görüş barədə açıqlamasında qeyd olunan "Görüşdə şəxsi istifadə üçün xarici onlayn mağazalardan malların alışına vergi və rüsumların tətbiq edilməsi ilə bağlı qanunvericiliyə mümkün dəyişikliklər barədə təkliflərin hazırlanması üçün müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maraqları ilə yanaşı, istehlakçıların da maraqlarının nəzərə alınmasına, eləcə də KOBİA və assosiasiya arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb,"-fikirləri bəzi xəbər mənbələri tərəfindən , hökumətin xarici onlayn mağazalardan malların alışına vergi və rüsumların tətbiq edilməsini gözdən keçirməsi kimi təqdim edilmişdi. (Fins.az)