"Azərbaycanda tikinti sahəsində KOB klasterlərin yaradılması imkanları genişdir".
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Beynəlxalq Biznes Forumda deyib.
O.Məmmədov bildirib ki, ölkəmizdə tikinti sahəsində xeyli sayda KOB subyektləri fəaliyyət göstərir, tikinti və istehsal sənayesində birgə müəssisələrin yaradılması imkanları genişdir.
Qeyd olunub ki, KOBİA Azərbaycanda tikinti sektorunda biznes qurmaq və bu sahədə fəaliyyətini genişləndirmək istəyən yerli və xarici iş adamlarına müxtəlif dəstək və xidmətlər göstərməyə hazırdır.
Tədbir İsveç Ticarət və Sənaye Palatasının dəstəyi və İsveçrənin “Scandinavian & UK Machines” şirkətinin təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə müxtəlif ölkələrdən tikinti biznesinin nümayəndələri və rəsmi şəxslər iştirak ediblər. (Report)