Kiçik və Orta Biznesin İnkişafı Agentliyi olaraq mikro və kiçik sahibkarlara, xüsusilə də qadın və əlil sahibkarlara, startaplara və gənclərə dövlət dəstəyi mexanizmləri və agentliyin təqdim etdiyi xidmətlər çərçivəsində böyük dəstək göstəririk.
FED.az xəbər verir ki, bu sözləri KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov jurnalistlərə müsahibəsində deyib.
Eləcə də bax: Azərbaycanda hər 3 müəssisədən birinin - SAHİBİ QADINDIR
Onun sözlərinə görə, belə dəstək tədbirlərindən biri də mikro və kiçik sahibkarların ölkədə keçirilən müxtəlif sərgi və festivallarda iştirakının təmin edilməsidir. Burada əsas məqsəd KOB-ların öz məhsul və xidmətlərini təqdim etməsinə, satış imkanlarını genişləndirməsinə, biznes əlaqələri qurmasına dəstək olmaqdır. Sərginin gedişatından görünür ki, qadın sahibkarlar çox aktivdir.
O.Məmmədov qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi baxımından belə sektoral sərgilərin əhəmiyyətini vurğulayıb, müvafiq sahələrdə xeyli sayda mikro, kiçik və orta biznes subyektlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.