Xəbər verildiyi kimi, bu gün Bakıda KOBİA, Dövlət Gömrük Komitəsi və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirə keçirilir.
KOBİA sədri: "Sahibkarlar bəyan edilən dəyərin geri ödənilməsində çətinliklərlə rastlaşırlar"
FED.az-ın məlumatına görə, tədbirdə çıxış edən KOBİA-nın sədri Orxan Məmmədov sahibkarların müraciətləri əsasında gömrüklə bağlı mövcud problemləri açıqlayıb.
Onun sözlərinə görə, problemlərdən biri - ixrac edilən mallara görə, ödənişin edilməsi ilə bağldır. Qaydaya görə, sahibkarlar bu vəsaiti yerli bankda açılan hesaba yatırmalıdırlar. Amma bəzən xarab olan və ya korlanan mallara görə ödəniş almaq mümkün olmur, bu da çətinliklərə səbəb olur.
Digər problem - ölkəyə gətirilən malların statistik dəyərnin müəyyən edilməsi ilə bağılıdr. Belə ki, bəzən gömrük rəsmiləşdirilməsi zamanı faktiki qiymətdən yuxarı qiymətlər təyin edilir. Bununla bağlı olaraq beynəlxalq təcrübəyə əsasanan sadələşdirilmiş üsullardan istifadəni nəzərdən keçirilməsi lazımdır.
Digər problem - idxal zamanı sertifikatların tanınması ilə bağlıdır. Belə ki, idxal ölkələrindən gətirdiyi mallara görə sertifikat əldə edən və malı sertifikatla idxal elən sahibkarlar ölkəyə daxil olarkən, yenidən bizim yerli qurumlardan ertifikat almalı olur. Bu da sahikarlar tərəsindən şikayətlərə səbəb olur. Ona görə də, idxalatçı tərəfin təqdim etdiyi sertifikatların ölkə daxiində tanınmasına baxmaq lazımdır.
Orxan Məmmədov, KOB subyektlərinin gömrükdəki yaşıl dəhlizdən istifadəsi prosesinin saadələşdirilməsi məsələsini də qaldırıb.
Sahibkarları narahat edən digər məsələ - rəsmiləşdirilmə prosesində malların gömrükdə, avtomobillərdə qalması ilə bağlıdır. "Beynəlxalq təcrübə nəzərə alınmalı və bununla bağlı olaraq gömrük statuslu depoların yaradılması yaxşı olardı" deyə KOBİA rəhbəri bildirib.
KOBİA rəhbərinin qaldırdığı digər məsələ - idxalla məşğul oan sahibkarların bəzən məlumatsız olmasıdır: «Baxmayaraq ki, proses elektronlaşdırılır, amma məlumat əldə edilməsində çətinilklər olur. Bu məsələ ilə bağlı qeyd edək ki, idxal-ixrac proseduurlarının bütün mərhələləri üzrə məlumatlar açıq elektron mənbələrlə yerləşdirlməli və sənədləşdirmə prosesləri barədə məlumat almaq sadləşdirilməlidir.