Aprelin 19-da “Bravo” marketin Koroğlu filialında “ABAD” publik hüquqi şəxsin dəstəyi ilə AMEA Yüksək Texnologiyalar Parkının inkubator rezidenti, fərdi sahibkar Maya Səbzəliyevanın rəhbərlik etdiyi “SmFreshOil”in “SmFreshOil by ABAD” stendinin açılışı olub.
Eləcə də bax: «Belarusun broyler toyuqları «Bazarstore»da «Bütöv kənd toyuğu» adı ilə satılır»
AMEA Yüksək Texnologiyalar Parkından FED.az-a verilən məlumata görə, ölkəmizin bir sıra tanınmış şəxslərinin iştirak etdiyi açılış mərasimində müştərilərin gözü önündə soyuq sıxım yağlar və çərəzlərdən müxtəlif əzmələr hazırlanıb.
Bu barədə məlumat verən Maya Səbzəliyeva “SmFreshOil”in 4 ildən artıq müddətdir ki, konservantsız, qatqısız və yüksək keyfiyyətli orqanik məhsulların istehsalı və satışını həyata keçirdiyini bildirib. O, hazırda soyuq sıxım yağlarla yanaşı, qlütensiz unlar, əzmələr, bitki toxumlarının jmıxlarının və s. istehsalının da aparıldığını diqqətə çatdırıb.
Qeyd edək ki, “SmFreshOil by Abad” stendində soyuq sıxım yağlar (qarazirə, kokos, kətan, balqabaq və s.), əzmələr (fındıq, fıstıq, badam əzməsi və s.), qlütensiz unlar (kokos, kətan, düyü unu, yaşıl qarabaşaq unu və.s.), məcunlar və orqanik şokolad pastaları və s. çeşiddə sağlıqlı məhsulların satışı həyata keçiriləcək.