"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.
“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir. Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin brend geyimlərinin Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz ingiltərənin M&CO brendinin Azərbaycanda və Qafqazda yenganə frençayzinq partnyorudur. M&Co mağazası Optimalın Nizami (Tarqovıy) filialının ikinci mərtəbəsində yerləşir. Əlavə məlumat üçün www.mandco.az və www.optimal.az linkinə tıklaya bilərsiniz.
"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.
Niyə məhz Optimal?
- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq!
Vakansiya: Onlayn satış üzrə mütəxəssis
Tələblər:
• Ali təhsil;
• Azərbaycan və rus dillərində səlis bilməlidir. İngilis dilini bilənlərə üstünlük verilir;
• Onlayn satış və ya pərakəndə satış sahəsində minimum 1 il təcrübəyə malik olmaq;
• Azərbaycan dilinin orfoqrafiya qaydalarını bilməlidir.
Əsas vəzifələr:
• Onlayn satışla bağlı müştərilərin suallarının internet üzərindən cavablandırılması;
• Onlayn satışın, şirkətin standartlarına və təlimatlarına müvafiq qaydada həyata keçirilməsi;
• Müştərilərin təkliflərinin, şikayətlərinin onlayn formada qəbulu və müvafiq struktur bölməyə göndərilməsi;
• Onlayn Satış Şöbəsinin məhsulları haqqında məlumatları öyrənmək, onları düzgün formada təqdim edilməsi;
• Onlayn Satış Şöbəsinin müdirinə hesabatların təqdim edilməsi;
İş şəraiti:
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı, nahar şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Onlayn satış mütəxəssisi” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son tarix: 20.11.2018
“Optimal Electronics LLC ” işçi axtarır – VAKANSİYA
17:40
5 Okt 2018