Çərşənbə axşamı günü Asiya ticarət sessiyası gedişində səhər çağı neft qiymətləri öz aylıq minimumlarından uzaqlaşmağa başladı. Bu da OPEK-ə üzv ölkələrin kartelin uzunmüddətli inkişaf strategiyasını razılaşdırması xəbərindən sonra baş verdi. Məhz bu xəbər bazar tərəfindən neft hasilatının azaldılması barədə razılığın əldə ediləcəyinə tərəf atılan bir addım kimi qarşılandı.
Halbuki, kotirovkaların artması prosesi OPEK-ə üzv ölkələrdə neft istehsalının rekord səviyyədə olması üzündən bir qədər məhdudlaşdı.
Moskva vaxtı ilə saat 9.35-də Brent markalı neftin fyuçersləri 0.68% artaraq bir bareli $48,94 dollara satılmağa başladı.
WTI markalı amerikan neftinin fyuçersləri isə həmin vaxt əvvəlki bağlanış sessiyası ilə müqayisədə 0.38% artaraq bir bareli təxminən $47,04 dollar qiyməti ətrafında satılırdı.
OPEK üzvləri bazar ertəsi kartelin uzunmüddətli inkişaf strategiyası şərh olunan sənədi təsdiqlədilər. Bu da təşkilat daxilində baş verən fikir ayrılıqlarını tədricən aradan qaldıra və nəticədə neft qiymətlərinə də müsbət təsir edə bilər.
investing.com©