Bu gün Azərbaycanın tanınmış və ən iri boulinq mərkəzi olan ONTOP Boulinq İdman və Əyləncə Mərkəzinin fəaliyyətə başlamasının 4 ili tamam olur.
Mərkəzin meneceri Nicat Məmmədov FED.az-a verdiyi məlumata görə, ONTOP qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq bu müddət ərzində özünə böyük müştəri kütləsi toplamışdı: “Əyləncə mərkəzi olaraq, 2016-cı ildən etibarən fəaliyyət göstəririk. Artıq 4 ilə yaxındır ki, aylıq 6500-7000 müştəriyə xidmət göstərirdik. Koronavirus pandemiyası ilə bağlı karantin müddəti bitdikdən sonra müvafiq qaydalara uyğun şəkildə fəaliyyətimizi davam etdirəcəyik”.
N.Məmmədov bildirib ki, karantin müddəti bitdikdən sonra xidmət coğrafiyamızın daha da genişlənməsi planlaşdırılır. Belə ki, xidmət mərkəzlərimiz sırasına “Şahdağ” istirahət kompleksində və “Caspian WaterFront Mall”da daxil olacaq.