2023-cü ilin yanvar-oktyabr aylarında 51,5 milyon dollar dəyərində şaftalı ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-oktyabr ayı ilə müqayisədə 18,7 milyon dollar və ya 57% artıb.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə 32,8 milyon dollar dəyərində şaftalı ixrac edilib.