Ölkəmizdə qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılması, qadınların iqtisadi və sosial nüfuzunun artması və bir çox hallarda qadın istismarının qarşısının alınması, gender bərabərsizliyinin aradan qaldırılması baxımından da çox mühüm əhəmiyyət kəsb edir. Buna görə də qadınların bilik və bacarıqlarının, iqtisadi fəallıqlarının artırılması məqsədilə qadın sahibkarlara maliyyə və təşkilati dəstəyin göstərilməsini, özəl sosial xidmət, reabilitasiya mərkəzlərinin, habelə digər müvafiq fəaliyyət sahələrinin müəyyən dövr ərzində vergidən azad edilməsini təklif edirik.
Vüqar Bayramov: "Qadın sahibkarlığının inkişafı əsas prioritet olmalıdır"
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumunun açılış panelində çıxışı zamanı deyib.
S.Əliyeva bildirib ki, vergidən azadolma ilə bağlı artıq ölkəmizdə müsbət təcrübə vardır.
"Belə ki, məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin bu fəaliyyətdən əldə etdikləri gəlirlər 2014-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azaddır. Uşaqların məktəbəqədər təhsilə cəlb olunması ilə bağlı mövcud ehtiyaclarını və bu sahədə çalışmaq istəyən çoxsaylı qadınların olmasını nəzərə alaraq hesab edirik ki, hazırda tətbiq olunan vergidən azadolma üzrə müddətin gələcəkdə əlavə olaraq uzadılması zəruridir.
Sahibkarlıqla məşğul olan qadınların problemlərinin həlli və iqtisadi imkanlarının genişlənməsi ilə bağlı Ombudsmana edilən müraciətlər əsasında səlahiyyətli orqanlara müvafiq sorğular ünvanlayaraq, eyni zamanda bu sahədə maarifləndirmə işləri apararaq onların qarşılaşmış olduqları çətinliklərin aradan qaldırılmasına nail olmağa çalışırıq", - deyə S. Əliyeva qeyd edib. (Trend)