Bu ilin fevralın sonunda – martın əvvəlində Omanda Azərbaycan məhsullarının pavilyonu açılacaq.
FED.az xəbər verir ki, bunu "APA-Economics"ə Ərəb Ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.
Eləcə də bax: Azərbaycan şirkəti Səudiyyə Ərəbistanı bazarına çıxmaq imkanlarını - ARAŞDIRIR
Onun sözlərinə görə, hazırda pavilyonda nümayiş olunacaq yerli məhsulların sertifikatlaşdırılması üzrə aparılan işlər tamamlanmaq üzrədir.
Layihə çərçivəsində həmçinin sərgi zalı təşkil olunacaq, malların saxlanılması üçün anbarlar yaradılacaq ki, onların satışa çıxarılması nəzərdə tutulub. Analoji layihələrin İordaniya, Bəhreyn, Livan və Səudiyyə Ərəbistanında da icrası gözlənilir.