"Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi Azərbaycan" (MÜSİAD Azərbaycan) və "Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası" (ATIA) arasında birgə "Əməkdaşlıq Memorandumu" imzalanıb. FED.az xəbər verir ki, memoranduma əsasən tərəflər arasında həm iqtisadi, həm də sosial fəaliyyətlərdə qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi planlaşdırılıb.
Sənədi MUSİAD Azərbaycanın İdarə Heyətinin Sədri Rəşad Cabirli və ATİA İdarə Heyətinin sədri Ramiz İsayev imzalayıb.
Eləcə də görüş zamanı qarşılıqlı görülə biləcək işlər, xarici investorların ölkəmizə cəlb edilməsi və investisiya təşviqi, Türkiyə-Azərbaycan dostluğunun tikinti sahəsində də genişləndirilməsi və bu kimi məsələlərlə bağlı müzakirələr aparılıb.