Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqı artımı ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq Azərbaycanda bina, mənzil və ofislərdə havalandırma, isitmə və soyutma sistemlərinin quraşdırılması işləri və satışı ilə məşğul olan tanınmış şirkət “AzKlima” MMC bütün işçilərin əmək haqlarını artırıb.
FED.az xəbər verir ki, şirkətin direktoru Hasil Əkbərlinin müvafiq qərarı ilə “AzKlima” MMC-də çalışan işçilərin vahid tarif üzrə minimum əmək haqları bu Sərəncama uyğunlaşdırılaraq, 15% artırılaraq 345 manata çatdırılıb.
Qeyd edək ki, ölkənin tanınmış şirkətlərindən olan “AzKlima” MMC 2021-ci ildən fəaliyyət göstərir. Şirkət bazarda bir il fəaliyyət göstərməsinə baxmayaraq öz peşəkar komandası tərəfindən cari il ərzində bir çox layihələr həyata keçirib.
“AzKlima” MMC tərəfindən indiyədək bir neçə iri layihələr həyata keçirilib ki, bu layihələr sırasına “LOR Hospital”, “Referance Hospital”, “Leyla Medical Center”, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, M.Ə. Mirqasımov adına Respublika Klink Xəstəxanası daxildir. Adları çəkilən obyektlərdə işlər yüksək səviyyədə icra olunaraq Sifarişçilərə təhvil verilmişdi.
Onu da qeyd edək ki, Şirkət sifarişçilərdən daxil olan layihələrin hazırlanması işlərini ödənişsiz əsaslarla icra edib. Layihələndirmə işləri şirkətin xüsusi işçi qrupu tərəfindən hazırlanaraq həyata keçirilib.
Uğur və davamlılığın zəmanətçisini əsas tutan “AzKlima” MMC hazırda öz peşəkar komandası ilə bir neçə layihənin icrasını uğurla davam etdirir. Hazırda icrası davam edən layihələr kimi “American Hospital” və “Bakı Sağlamlıq Mərkəzi”ni qeyd edə bilərik.
Bazarda yaranmış rəqabət mühitini, eyni zamanda müştərilərə daha keyfiyyətli xidmət göstərmək məqsədi ilə Şirkət rəhbərliyinin strateji planına uyğun olaraq 2023-cü ildə şirkətin fəaliyyəti daha da güclənəcək.