Dövlət Gömrük Komitəsi ölkəyə ən çox gətirilən və ən çox ixrac edilən malların siyahısını açıqlayıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 3 milyard 855 milyon 338,5 min dollarlıq mal gətirilib.
Komitənin məlumatına görə, bu dövrdə ən çox idxal olunan mallar Maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələridir. Bunların idxalına 923 milyon dollar xərclənib və onlar ümumi idxalın 24%-ni təşkil edir. Qara metallar və onlardan hazırlanan məmulatların idxalına 432,5 milyon dollar, avtomobil və ehtiyat hissələrinin idxalına isə 334,5 milyon dollar sərf edilib.
Bu dövrdə ölkəyə 550 milyon dollarlıq ərzaq gətirilib. Onların böyük hissəsi buğda (84,1 milyon dollar), meyvə-tərəvəz (76,5 milyon dollar) və yağlardır (65,7 milyon dollar). İlk 5 ayda Azərbaycana rəsmi göstəricilərə əsasən, 106 milyon dollarlıq dərman gətirilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ilk 5 ayda Azərbaycandan xaricə 7 milyard 370 milyon 540 min dollarlıq mal ixrac edilib. İxracın6 milyard 741 milyon 618 min dolları və ya 91,46%-i neft-qaz, neft məhsulları və elektrik enerjisinni payına dühür.
İxracın həcminə görə ikinci yeri 189,8 milyon dolarlıq həcmlə meyvə-tərəvəz məhsulları tutur. Ölkədən ən çox ixrac olunan mallar arasında plasmass (59 milyon dollarlıq) və alüminiumu (58 milyon dollar) qeyd etmək olar. Bu dövrdə ölokədən 25,9 milyon dollarlıq 16 641 ton pambıq lifi ixrac olunub.