Qanuni fəaliyyətlə məşğul olmaq asanlaşdıqca qeyri-qanuni fəaliyyət göstərmək də çətinləşir. FED.az bildirir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili Dünya Bankının Doing Business 2019 hesabatında Azərbaycanın ən çox islahat aparan ölkə adını qazanmasını şərh edərkən bildirib.
“Doing Business 2019 hesabatı 190 ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı olan qanunverici aktların və onların tətbiq olunmasını obyektiv olaraq qiymətləndiməyə imkan verir. Hesabat 11 indikator üzrə ölkələri təhlil etsə də, reytinq cədvəlində 10 indikatorun (əmək bazarının tənzimlənməsi indikatoru istisna olmaqla) göstəricilərindən istifadə olunur.
Doing Business 2018 hesabatında 57-ci yerdə qərarlaşan Azərbaycan Doing Business 2019 hesabatında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb. Qeyd etmək lazımdı ki, Azərbaycan hesabat indikatorları üzrə göstəricilərini ən çox yaxşılaşdıran dünyanın 10 ölkəsindən biri olub.
Bu TOP 10 ölkələr əsasən biznesə başlama, kredit əldə etmək və vergi ödəmək sahələrində 62 islahat həyata keçiriblər. Bundan əlavə, Azərbaycan hesabatın 10 indikatorundan 8-də islahatlar həyata keçirərək öz mövqelərini yaxşılaşadıraraq islahatların sayına görə dünyada 1-ci olub.
Bakı Şəhər İcra Hakimiyyətində tikintiyə icazələrin “bir pəncərə” prinsipi ilə verilməsi, elektrik şəbəkəsinə qoşulmaları azaldan “ASAN Kommunal” mərkəzlərini açılması, yeni kredit bürosunun yaradılması kimi tədbirlər ölkəmizin hesabatda mövqelərini yaxşılaşdırıb. Dünya Bankının apardığı təhlillərin nəticələri bunu bir daha göstərir».
“Ölkədə biznes qurmaq asanlaşıb ” – DEPUTATDAN AÇIQLAMA
12:43
1 Noy 2018