FED.az-ın məlumatına görə Ofisait mağazalar şəbəkəsi işçi axtarır
Vəzifənin adı : Qrafik Dizayner (SMM üzrə)
Namizədə dair tələblər:
- Ali təhsil;
- 2D, Coral Draw, Photoshop, Adobe Illustrator proqramlarında yüksək səviyyədə işləmə bacarığı. (retuş və reklam maketlərinin yenilənməsi ilə iş);
- MS Office ilə qabaqcıl istifadə bacarıqları;
- Azərbaycan dilinin qrammatika və leksika biliyi və düzgün tətbiq bacarıqları;
- İngilis və ya Rus dili biliyi olan namizədlərə üstünlük verilir;
- Kreativ ideyalar istehsal etmək;
- Sosial şəbəkələrdə irəliləyiş alətləri və üsullarını istifadə etmə bacarığı;
- İnternet-marketinq şəbəkələrinin vasitəsilə irəliləyiş üsulları haqqında təsəvvür;
- Məsuliyyətli və diqqətli olmaq;
- Komandada işləmə bacarığı;
- SMM üçün kreativ materialların hazırlanması;
- SMM sahəsində iş təcrübəsi vacibdir;
- Yaş: 23-38.
İş barədə məlumat:
Şirkətin sosial şəbəkələrdə səhifələri üçün (facebook, instagram və s.) kontentlərin hazırlanması;
Nahar şirkət tərəfində təmin olunur;
İş qrafiki : 5 gün (09:00-18:00), 6-cı gün (09:00-15:00);
İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;
Əmək haqqı namizədin qabiliyyəti əsasında müəyyən olunacaq və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz.
Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı - [email protected] emailinə göndərməyiniz xahiş olunur. CV faylı ilə birgə Portfolio mütləqdir . Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır. Freelance iş üçün narahat etməyin.