FED.az xəbər verir ki, "Office Lines LLC" şirkəti korporativ satış üzrə mütəxəssis axtarır.
Şirkət: Office Lines LLC Azərbaycanda ofis ləvazimatları, dəftərxana malları, ofis mebeli, ofis texnikası və avadanlıqları, çap və promo məhsullar, quru qida məhsulları və s. korporativ satışı üzrə aparıcı şirkətlərdəndir. Şirkətin 17 illik iş təcrübəsi və 700-dən artıq korporativ müştərisi mövcuddur.
Vəzifə: Korporativ Satış üzrə Mütəxəssis
Vəzifə öhdəlikləri:
• Office Lines şikrəti adında korporativ satış təmsilçisi, müştərilər üçün əlaqədar şəxs rolunu icra etmək;
• Mövcud müştəri sayını genişləndirmək və yeni korporativ müştərilər axtarmaq;
• Müştəri məmnuniyyəti və müştərilərin saxlanmasına nail olmaq;
• Müştəri ehtiyaclarını qabaqcadan öyrənmək və onların vaxtında qarşılanması üçün hazır olmaq
• Bazarda meydana gələn yeni iş sahələri və yeni şirkətlər barədə daim məlumat toplamaq və Satış şöbəsinin direktorunu məlumatlandırmaq;
• Satış şöbəsinin direktoru tərəfindən qarşısına qoyulmuş aylıq hədəflərə çatmaq və ya nail olunmamış hədəflər barədə məlumat təqdim etmək (aylıq satış planları, yeni müştəri sayı, müştəri ziyarətləri, və s.)
• Müştəri borclarının yığılması prosesində aktiv iştirak etmək; bu məqsədlə müştəri ilə ünsiyyətdə iştirak etmək və ya müştərinin ofisinə səfər etmək
• Müştəriləri müntəzəm olaraq ziyarət etmək (təyin edilmiş plan əsasında);
• Müştərilərlə əlaqədar hər hansı problem və ya çatışmazlığı vaxtında aşkarlamaq və müvafiq tədbirlər görmək
Namizədə tələblər:
- Əvvəllər korporativ satış sahəsində iş təcrübəsi;
- Azərbaycan və rus dil bilikləri (ingilis dili bilikləri üstünlükdür);
- Yazılı və şifahi ünsiyyət bacarığı;
- Təqdimat bacarıqları;
- Problemləri həll etmək bacarığı və analitik/riyazi düşüncə tərzi
İş şərtləri:
- Aylıq əmək haqqı + aylıq/rüblük satış bonusları
- İş günləri və saatları: bazar ertəsi – cümə, 09:00-18:00
- Şirkət tərəfindən nahar təminatı, telefon və nəqliyyat xərclərinin qarşılanması
E - mail : [email protected]