Azərbaycanın hər bölgəsində yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi “Təmiz məktəb” adlı yeni layihəyə start verib.
FED.az xəbər verir ki, “Təmiz məktəb” layihəsinin əsas məqsədi regionlarda, ucqarlarda yerləşən internat və kənd məktəblərinə təmizlik vasitələri aparılaraq mövcud gigiyenik şəraitin daha da yaxşılaşdırılmasıdır.
Güvən Xeyriyyə İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən layihənin ilk ünvanı Göyçay rayonu olub. “OBA” marketlər şəbəkəsinin əməkdaşları və Güven Xeyriyyə İctimai Biliyinin sədri Nigar Bayramlı Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyada qonaq olub, onlara təmizlik vasitələri çatdırıblar. Daha sonra gimnaziyada təhsil alan uşaqlarla söhbətlər aparılıb, oyunlar oynanılıb.
Bu layihədə “OBA”ya xüsusi dəstəyi “ARAZ-L” zavodu verib. Belə ki, “OBA”nın şəxsi markaları olan “Lovbe” və “Klar” məhsullarının bir çox çeşidi gimnaziyaya hədiyyə olunub. Məlumat üçün qeyd edək ki, “OBA”dan əldə etdiyiniz “Lovbe” və “Klar” məhsullarının gəlirinin bir qismi “Təmiz məktəb” layihəsi üçün sərf ediləcək.