Azərbaycanın dörd bir yanında fəaliyyət göstərən yaxın və qonşu marketiniz “OBA” məşhur “Lay's” markası ilə yeni müsabiqəyə start verib.
FED.az-a daxil olan məlumata görə, 10-30 aprel tarixlərini əhatə edən müsabiqə “OBA Market” mobil tətbiqi üzərindən keçirilir.
Belə ki, qeyd edilən tarixlərdə “OBA” marketlər şəbəkəsinin bütün filiallarında minimum 1,9 AZN dəyərində “Lay's” məhsulu alan 18 yaşdan yuxarı hər bir şəxs müsabiqə iştirakçısına çevrilə bilər.
Qeyd edək ki, hər həftə ən çox alış-vriş edən 5 nəfər qalib seçiləcək. Qaliblərin seçimi 17, 24, 27 aprel və 1 may tarixində həyata keçiriləcək. Qaliblər hər həftə Samsung 4K UHD 55 Smart TV, Sony PlayStation 5 oyun konsulu, BOSCH CLL2000W26-KIT kondisoner, Kenwood ətçəkən MG360, Braun Blender MQ 3045 Aperitive məhsullarına sahib ola biləcəklər.
Bundan başqa, 27 aprelədək ən çox “Lay's” məhsulları alışı edən şanslı müştəri əsas hədiyyə olan Çempionlar Liqası finalına 2 bilet əldə edəcək.
Müsabiqənin şərtləri aşağıdakı kimidir:
-18 yaşına çatmış hər kəs müsabiqədə iştirak edə bilər;
-"OBA Market" tətbiqini mobil telefonunuza yükləyin və qeydiyyatdan keçin. Şəxsi məlumatlar mobil tətbiqdə tam olaraq doldurulmalıdır: Ad, soyad, ata adı, cins, doğum tarixi;
-Müsabiqə müddəti ərzində 1,9 AZN və üzəri "OBA Market" mobil tətbiqinin skan olunması ilə “Lay’s” məhsulları alış-veriş edilməlidir. Ən çox alış-veriş edən 5 nəfər qalib seçiləcək.
-Şəxsi məlumatlar doldurulduqdan sonra, müsabiqə qaydaları ilə razıyam və iştirakımı təsdiq edirəm düyməsi kliklənməlidir. Düymə klikləndikdən sonra iştirakçı müsabiqə nömrəsi əldə edir. Müsabiqə nömrəsi mobil tətbiqin ana səhifəsində əks olunur.
-Hər tamamlanmış 1,9 AZN-lik “Lay’s” məhsulu alış-verişi müsabiqədə 190 reytinq xalı qazandırır. Çekdəki “Lay’s” məhsullarının ümumi məbləği 100-ə vurulmaqla reytinq xalı hesablanacaq (1,9 AZN x100= 190 xal deməkdir).
-1 çek üzrə maksimum 7 AZN-lik “Lay’s” məhsulu alışı olmalıdır.
Nümunə: İstifadəçi bir qəbz üzrə 8.79 AZN-lik “Lay’s” məhsulu aldıqda maximum limiti keçdiyi üçün 700 reytinq xalı qazanmış olacaq (7*100=700)
-Müsabiqədə iştirak xalı verən məhsul geri qaytarılarsa və alış qəbzində qeyd olunan məhsullar geri qaytarılmış məhsul dəyərində qazanılmış reytinq xalı itirilir.
-Həftəlik qalib seçiminədək şəxsi məlumatlar doldurulmadıqda və iştirak təsdiq edilmədikdə bütün qazanılmış reytinq xalı cari həftədə iştirak etmir. Növbəti alış-verişlərdə xallar toplanır.
-27 Apreldə keçiriləcək bilet seçimi istisna olmaqla, bir müsabiqə nömrəsi bütün həftəlik seçimlərdə yalnız bir dəfə qalib ola bilər.
-Bir seçim daxilində bir müsabiqə nömrəsi bir dəfə qalib ola bilər.
-Qaliblər “OBA Market”in sosial media hesablarında (İnstagram və Facebook) paylaşılacaq.
-Reytinq xalının çox olması müsabiqə nömrəsinin qazanma ehtimalını artırır.
-Qalib seçimi tarixləri: 17 Aprel, 24 Aprel, 27 Aprel, 1 May
-Qəbz üzrə alınan “Lay’s” məhsullarına görə müvəqqəti olaraq (müsabiqə bitənədək) keşbek hesablanmayacaq.