Yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi Yeni il tədbiri ilə bağlı maraqlı bir ilkə imza atıb.
FED.az xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin üzvü, Marketinq direktoru Hikmət Əliyev öz sosial media hesabında yazıb:
“OBA” olaraq bayramı möhtəşəm bir zalda keçirmək əvəzinə, ofis şəraitində qeyd etdik. Bayram üçün ayrılan vəsait isə CEO-muz Natəvan İbrahimovanın qərarı ilə 1150-dən çox filialımızda çalışan əməkdaşlarımızın hesabına köçürüldü. Böyük, təntənəli bayram yerinə əməkdaşlarımızın təbəssümü bizə daha önəmli idi”.
Əldə etdiyimiz məlumata görə, tədbir zamanı şirkət 20-ə yaxın əməkdaşını müxtəlif nominasiyalarda təltif edib.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1150-dən çox marketi və 6000-ə yaxın əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!