“OBA Market” MMC və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
FED.az xəbər verir ki, sənəd noyabrın 30-da Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və “Founder Club”ın birgə təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strateji tərəfdaşlığı ilə keçirilən “Ticarət və İxracat Forumu-2022”də (TEF-2022) qüvvəyə minib.
İki qurum arasında əməkdaşlıqda əsas məqsəd, KOBSKA-nın üzvü olan kiçik və orta biznes subyektlərinin öz məhsullarını “OBA” marketlər şəbəkəsinin şərtlərinə uyğun olaraq marketlərdə satışa çıxarmasına dəstək olmaqdır.
Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1100-dən çox marketi və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!