Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi daha bir sosial layihəyə imza atıb.
FED.az xəbər verir ki, şirkət ölkəmizin müxtəlif regionlarında yaşayan kiçik dostlarımızın xəyallarının izinə düşüb. Layihənin ilk ünvanı Goranboy rayonu olub.
“Güvən” Xeyriyyə İctimai Birliyinin dəstəyi və “OBA” marketlər şəbəkəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə internat məktəbində təhsil alan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bir-birindən maraqlı aktivliklər təşkil edilib. Layihənin məqsədi bölgələrdə yaşayan uşaqların yay tətilində asudə vaxtlarını maraqlı keçirməsi, həmçinin paytaxtda daha çox aktual olan əyləncə növlərini öz regionlarında yaşaya bilməsini təmin etməkdir.
“OBA” marketlər şəbəkəsinin Korporativ kommunikasiyalar üzrə meneceri Kamilə Məhərrəmli layihənin yay ayları ərzində bir neçə regionda baş tutacağını bildirib:
“Hər birimizin uşaqlıqdan başlayan və davamlı yenilənən xəyallarımız olur. “OBA” marketlər şəbəkəsi olaraq bu dəfə xəyalların izinə düşürük. Ölkəmizin müxtəlif regionlarında yaşayan kiçik dostlarımızın kiçik xəyallarını gerçəkləşdirmək üçün obalara gedirik”.
Layihə müddətində uşaqlar üçün sevimli personajlarının animatorları müxtəlif əyləncəli yarışlar keçirib, səyyar qida maşını onların sevimli yeməklərini hazırlayıb, musiqili tədbir proqramı keçirilib. Sonda uşaqlara “OBA” marketlər tərəfindən hazırlanan hədiyyə bağlamaları təqdim olunub