Azərbaycanın hər bölgəsində yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi “Yaşılı sev, çevrəni qoru” layihəsi çərçivəsində daha bir yeniliyə imza atıb.
FED.az xəbər verir ki, havaların soyumasını nəzərə alan şirkət sahibsiz küçə heyvanları üçün sığınacaqlar hazırlayıb.
Belə ki, Bakının bir çox bölgəsində sahibsiz küçə heyvanları üçün hazırlanmış yuvalar “OBA” marketlərin ətrafına yerləşdirilib. Sosial məsuliyyət layihəsi çərçivəsində heyvan sığınacaqları qida ilə də təmin olunub.
“OBA” marketlər şəbəkəsindən bildirilib ki, davamlı baş tutacaq layihədə Bakıdakı sahibsiz küçə heyvanlarına şəhərin müxtəlif bölgələrində sığınacaq yerləşdirilməsi nəzərdə tutulub. Şirkət vətəndaşları bu layihədə aktiv iştirak etməyə dəvət edib.
Qeyd edək ki, “OBA” marketlər şəbəkəsi bundan öncə “Yaşılı sev, çevrəni qoru” layihəsi çərçivəsində filiallarında vətəndaşlara eko-paketlər paylayıb.