FED.az xəbər verir ki, OBA mağazalar şəbəkəsi PR şöbəsinə müdir axtarır.
PR şöbəsinin müdiri
İş yeri: OBA mağazalar şəbəkəsi
İŞ BARƏDƏ:
OBA brendinin imic və reputasiyasının yüksəldilməsi, onun şəxsi markalarının tanıdılması;
Marketinq departamentinin digər strukturları ilə birlikdə kampaniyalar və tədbirlərin həyata keçirilməsi;
Şirkətin fəaliyyəti, tədbirləri, yeni məhsulları barədə media vasitəsilə ictimaiyyətin məlumatlandırılması (press-relizlər, bəyanatlar, açıqlamalar, müsahibələr və s.);
KİV-də və sosial mediada OBA barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması;
Media-planların hazırlanması və KİV tərəfindən icrasına nəzarət olunması;
Video, audio roliklərin, poster və yazılı reklamların hazırlanmasında iştirak;
Korporativ saytın idarə olunması
Sosial media idarəçiliyinə nəzarət
KSM strategiyasının hazırlanması, planlarının yazılması, tədbirlərinin həyata keçirilməsi;
Daxili kommunikasiya strategiyasının hazırlanması və həyata keçirilməsi,
Korporativ tədbirlərin təşkili
TƏLƏB:
PR, marketinq kommunikasiyaları sahəsində 2 ildən çox iş təcrübəsi
TƏKLİFLƏR:
Nəqliyyat servisi
Dadlı nahar
CV göndərmək üçün e-mail: [email protected]
CV göndərəcək şəxslərdən xahiş olunur istədikləri məvacib miqdarını da qeyd etsinlər.