Veysəloğlu Şirkətlər Qrupuna daxil olan, daimi olaraq inkişaf etməyi, müştərilərinə yaxın olmağı və yüksək keyfiyyət prinsipini hədəf tutan “OBA” marketlər şəbəkəsi bu gün yeni loqosunu ictimaiyyətə təqdim edib.
FED.az xəbər verir ki, özündə inkişafı, təbiəti və saflığı təmsil edən “OBA” marketlər şəbəkəsinin yeni loqosu üç komponentdən ibarət olmaqla özündə “OBA” söz nişanı, yaşıl forma, sarı stoku ehtiva edir.
“OBA” marketlər şəbəkəsinin əsas rəngi yaşıldır. Loqonun digər rəngləri isə hədəflərimizin daha aydın və anlaşılan olmasına xidmət edir.
Xatırladaq ki, “OBA” marketlər şəbəkəsi bütün bu dəyişiklikləri edərkən qiymət siyasətini qoruyaraq müştərilərinə qənaətli alış-veriş və sərfəli qiymət təklif edir. Müştərilər də “OBA”nı seçərək həm vaxtlarına, həm məsafəyə, həm də ciblərinə qənaət edirlər.
Onu da qeyd edək ki, “OBA” marketlər şəbəkəsi 2021-ci ildə bir çox yeniliklərlə müştərilərini sevindirməkdə davam edəcəkdir.