Azərbaycanın lider şirkətlərindən biri, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Uşaq sığınacağına və aztəminatlı ailələrə yardım” adlı layihə həyata keçirdi.
Eləcə də bax: “OBA” marketlər şəbəkəsi xalqımızı - TƏBRİK EDİR
FED.az xəbər verir ki, xüsusi günləri daima diqqət mərkəzində saxlayan “OBA” marketlər şəbəkəsi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə çoxuşaqlı və aztəminatlı ailələri, həmçinin uşaq evində olan uşaqları sevindirdi.
Belə ki, Yeni il münasibətilə “OBA” marketlər şəbəkəsi Qızıl Aypara Cəmiyyətinin Binəqədi rayonu bölməsində qeydiyyatda olan çoxuşaqlı və aztəminatlı ailələrə ərzaq yardımı, həmçinin “Ümid yeri” uşaq sığınacağında olan uşaqlara yeni il hədiyyələri göndərdi.
Onu da qeyd edək ki, “OBA” marketlər şəbəkəsi yalnız xüsusi günlərdə deyil, mütəmadi olaraq köməyə ehtiyacı olan aztəminatlı ailələrə həm şirkət, həm də şirkət əməkdaşları tərəfindən yardımlar təşkil edir.
Xatırladaq ki, “OBA” marketlər şəbəkəsinin yenilikləri haqqında ətraflı məlumat almaq üçün Obamarket.az saytına daxil ola bilərsiniz