Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “OBA” marketlər şəbəkəsi, Gənclərin İnkişafına Dəstək İctimai Birliyi, “Brandlab.az” platformasının təşkilatçılığı ilə həyata keçirilən “Yaradıcılığın danışsın” layihəsi uğurla başa çatıb.
FED.az xəbər verir ki, “İdeyanı reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsində qalib olan “Yaradıcılığın danışsın” layihəsinin məqsədi gənclərə yaratdıqları məhsulların marketinqini, veb platformalarda, sosial mediada satışını və dizaynın sirrlərini öyrədərək onlara dəstək olmaqdır.
200-dən çox gəncin iştirakı ilə keçirilən layihə çərçivəsində satış və marketinq sahələri üzrə müxtəlif mövzular üzrə təlimlər keçirilib. Təlimçilər sırasında "OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin üzvü, Marketinq direktoru Hikmət Əliyev də yer alıb.
O, çıxışı zamanı "Bir brendin hekayəsi (Veysəloğlu və OBA Market brendi)" adlı təlimi keçib. Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda layihəni uğurla bitirən iştirakçılar sertifikat və hədiyyələrlə təltif olunub.