Yaxın və qənaətli qonşu konsepsiyası ilə Azərbaycanın dörd bir yanında fəaliyyət göstərən “OBA Market” MMC işğaldan azad olunmuş ərazilərdə ilk filialını açıb.
FED.az xəbər verir ki, market Ağdamın Qızıllı Kəngərli kəndində yerləşir. “OBA”dan daxil olan məlumata görə, Qarabağın digər rayonlarında da növbəti filialların açılışı nəzərdə tutulub.
“Qənaətin məkanı, “OBA”mızın ünvanı” sloqanı ilə fəaliyyət göstərən “OBA Market” MMC 2016-cı ildə Azərbaycanda satış bazarına daxil olub. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1180-dən çox marketi və 6000-ə yaxın əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!