“OBA” marketlər şəbəkəsi “3 dekabr - Beynəlxalq Əlillər Günü” ilə əlaqədar Bakı-Abşeron ərazilərində yaşayan onlarla əlil ailəsini ərzaq yardımı ilə sevindirib.
Eləcə də bax: “OBA Market”lərində tibbi maska və informasiya bukletləri paylanılıb
FED.az xəbər verir ki, xüsusi günləri daim diqqət mərkəzində saxlayan “OBA” marketlər şəbəkəsinin təşəbbüsü ilə Beynəlxalq Əlillər Günü münasibətilə aztəminatlı əlil ailələrə müxtəlif ərzaq məhsullarından ibarət yardımlar təqdim olunub.
Belə ki, “OBA” marketlər şəbəkəsi tərəfindən əlil ailələrinə yardım çərçivəsində I, II qrup ömürlük gözdən əlil, Qarabağ veteranı, yataq xəstəsi, ömürlük əlil bronxial astma və şəkər xəstəsi, ömürlük əlil onkoloji xəstəsi, daim kənar şəxsin köməyinə ehtiyac duyan, eşitmə əngəlli və nitq qüsurlu olan insanların ailələri ziyarət edilib, onların həyat, məişət şəraiti ilə tanış olunub və qida, qeyri-qida, meyvə-tərəvəz məhsulları ilə yardımlar təqdim edilib.
Onu da qeyd edək ki, “OBA” marketlər şəbəkəsi yalnız xüsusi günlərdə deyil, mütəmadi olaraq köməyə ehtiyacı olan ailələrə həm şirkət, həm də şirkət əməkdaşları olaraq yardımlar edir. “OBA” marketlər şəbəkəsinin yenilikləri haqqında ətraflı məlumat almaq üçün obamarket.az saytına daxil ola bilər və ya yeni istifadəyə verilən “Telegram” kanalını izləyə bilərsiniz.