Martın 4-də Gənclər və İdman Nazirliyi “İdman həftəsi” çərçivəsində 6 uşaq evinin iştirakı ilə şən startlar əyləncəli estafet yarışları təşkil edib.
FED.az xəbər verir ki, “7 igid - 7 gözəl” adlı estafet yarışlarının təşkilatı işlərində Veysəloğlu Şirkətlər Qrupu, “OBA” marketlər şəbəkəsi və “Xonça” şirniyyat evi könüllü iştirak edib və yarışmaçılara öz hədiyyələrini çatdırıblar.
Azərbaycan Boks Federasiyasının idman zalında keçirilən yarışlarda 8-14 yaşlı oğlanlar və qızlar mübarizə aparıblar. Maraqlı mübarizə şəraitində keçirilən tədbirdə bütün uşaqlara sertifikatlar təqdim edilib.
Məlumat üçün qeyd edək ki, “7 igid - 7 gözəl” estafet yarışına dəstək olan “OBA Market” MMC yaxın günlərdə fəaliyyətə başlamasının 7 illiyini qeyd edəcək. Şirkət bu yarışmaya dəstək olmaqla öz 7 yaşına da fərqli tərəfdən diqqət çəkib.