Biznes

Nutella "Xeyr halal deyil" cavabını təkzib etdi

Nutella "Xeyr halal deyil" cavabını təkzib etdi | FED.az
16:13 17 Sen 2020

İtalya şirkəti "Ferrero Spa"nın ən tanınmış məhsullarından biri olan şokoladlı fındıq kremi Nutella-nın sosial media hesabına yazan bir istifadəçi "Nutella halaldır?" deyə soruşub. Bu suala "Xeyr halal deyil" şəklində cavab verilib. Ancaq Nutella-nın verdiyi bu cavab sosial mediada gündəm olub.

Eləcə də bax: Azərbaycan şirkəti şokolada görə – MƏHKƏMƏYƏ VERİLDİ – «50 MİN MANAT İSTƏYƏCƏYİK»

Məşhur şokolad markası Nutella-ya ABŞ-da Twitter-dən soruşulan "Məhsullarınız halaldır" sualına Nutella-nın hesabından verilən "Xeyr halal deyil" cavabının ardından şirkət ilk "tweet"i təkzib edərək üzr istəyib. 

FED.az xəbər veri ki, Şirkətin yaydığı açıqlamada "Dünya səviyyəsində satılan bütün Nutella məhsulları halal istehlaka uyğundur" deyilir. (Marja)

Digər xəbərlər