“Nurgün” Şirkətlər Qrupunun yeni Baş icraçı direktoru (CEO) təyin edilib.
Eləcə də bax: “Azəralüminium”un - Rəhbəri Dəyişdi
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, Surxay Əhmədov Tofiq oğludur.
O, bu vəzifədə Famil Nəsibov Nofəl oğlunu əvəzləyib.
Surxay Əhmədov 2011-ci ildən şirkətlər qrupuna daxil olan “Nurgün Motors” MMC-nin rəhbəridir. O, həmçinin 2003-2009-cu illərdə qrupa daxil olan “NBC Bank” ASC (ləğv edilib) İdarə Heyətinin sədri, 2019-2021-ci ilə qədər isə “Rəvan Sığorta” ASC-nin (ləğv edilib) direktorlar şurasının sədri kimi çalışıb.
“Nurgün” Şirkətlər Qrupu 1994-cü ildə təsis edilib. Şirkət Azərbaycanda avtomobil sektoru, maliyyə, inşaat və istehsal, ticarətdə fəaliyyət göstərir.