Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşən qüdrətli ordumuza dəstək hər bir azərbaycanlının ümdə vəzifəsidir.
Eləcə də bax: “Norm” şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna - İANƏ EDİB
FED.az xəbər verir ki, bu məqsədilə, Norm ASC Silahlı Qüvvələrə Yardım Fonduna “NEQSOL Holding” tərəfindən ayrılmış 2.5 milyon manat ümumi büdcə çərçivəsində 500.000 manat vəsait köçürüb.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il, 17 avqust tarixli fərmanı əsasında yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.
Norm Sement dövlətimizin dayağı və xalqımızın qürur yeri olan Azərbaycan ordusunun daim yanındadır. Şirkət olaraq ölkəmizin ərazi bütövlüyünün və sərhədlərinin qorunması, torpaqlarının müdafiəsi üçün Azərbaycan Respublikasının Milli Ordu sıralarında xidmət edən əməkdaşlarımızla da qürur duyuruq.
Cənubi Qafqazın ən iri sement istehsalçısı olan Norm Sement daim öz sosial öhdəliklərinin fərqindədir və bu ənənəsini gələcək illərdə də davam etdirməyi planlaşdırır.