Gələn həftədən etibarən Rusiyada yerli və xarici avtomobil istehsal edən zavodlar fəaliyyətlərini dayandıracaq.
FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidentinin fərmanına əsasən ölkədəki avtomobil zavodları koronavirus pandemiyası ilə əlaqədar olaraq 30 martdan 3 aprel tarixinə kimi fəaliyyət göstərməyəcəklər.
Qeyd edək ki, 25 martda qəbul edilmiş qərara əsasən, Rusiyada fəaliyyət göstərən “AvtoVaz”, “KamAz”, “QAZ Qrup”, “Sollers Qrup”, “Ford Sollers”, “Hyundai”, “Haval”, Nissan”, “Toyota, “Volkswagen” və PSA Qrup” zavodları fəaliyyətlərini dayandıracaq.