Azərbaycan bazarını daha bir xarici şirkət tərk edir.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Haskoningdhv Nederland B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv edilir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev “AZURE” Biznes Mərkəzi, 15, mənzil 20 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, bu filial Azərbaycanda 2011-ci ildə dövlət qeydiyyatına alınıb.