“NƏXŞİCAHAN TƏNBƏKİ tobacco” MMC (VÖEN: 0200842831) “MES-T” MMC-yə (VÖEN :0201391611) qoşulduğunu elan edir.
FED.az xəbər verir ki, “MES-T” MMC “NƏXŞİCAHAN TƏNBƏKİ tobacco” MMC-nin hüquq və vəzifələri üzrə hüquqi varisidir .
Qeyd edək ki, “NƏXŞİCAHAN TƏNBƏKİ tobacco” MMC 14.11.2016-cı ildə dövlət qeydiyyatına alıb.
Şirkətin nizamnamə kapitalı 1 500 000 manatdır. Qanuni təmsilçisi Fərid Nərimanov Nərimanoğludur.
Hüquqi ünvanı Az7000, Naxçıvan şəhəri, N.Əliyev ünvanında yerləşir.
“MES-T” MMC bu ilin 6 fevralında qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 milyon manatdır və qanuni təmsilçisi Arif Yusifov Yusif oğludur.
Hüquqi ünvanı Az7000, Naxçıvan şəhəri, Təbriz ev 16 ünvanında yerləşir.