Nestle Türkiyədə rəqabət qaydalarını pozduğu üçün 346,9 milyon türk lirəsi (cari məzənnə ilə 19 milyon 85 min manat) cərimələnib.
“Nestle Azərbaycan” MMC məcburi auditdən yayınmağa görə - MƏHKƏMƏYƏ VERİLDİ
FED.az xəbər verir ki, "Nestle Türkiye Gida Sanayi AŞ"nin distribyutorlarının təkrar satış qiymətlərini müəyyən etməklə, distribyutorlarına regional və müştəri məhdudiyyətləri tətbiq etməklə 4054 saylı "Rəqabətin Mühafizəsi haqqında" Qanunun 4-cü maddəsini pozduğuna dair iddialar üzrə istintaq tamamlanıb.
15 fevral 2024-cü il tarixdə Türkiyənin Rəqabət təşkilatı (Rekabet Kurulu) tərəfindən "Nestle Türkiye Gıda Sanayi AŞ"nin 4054 saylı "Rəqabətin Mühafizəsi haqqında" Qanunun 4-cü maddəsini pozduğuna və bu səbəbdən sözügedən müəssisəyə inzibati cərimə tətbiq edilməsinə qərar verilib.
Müvafiq qanunvericiliyə uyğun olaraq, 2022-ci ilin ümumi gəlirinin müəyyən nisbətində 346,9 milyon TL inzibati cərimə tətbiq edilməsinə qərar verilib.(Marja)