İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “NEQSOL” Holdinqin Baş direktoru Yusif Cabbarov ilə görüşüb.
“Norm” ASC-nin satış gəliri 2022-ci ildə - 19% ARTIB
KOBİA-dan FED.az-a bildirilib ki, görüş çərçivəsində sahibkara “Tərəqqi” medalı təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 aprel tarixli Sərəncamı ilə ölkəmizin iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup sahibkar, o cümlədən “NEQSOL” Holdinqin Baş direktoru Yusif Cabbarov “Tərəqqi” medalı ilə təltif edilib.