“NEQSOL Holding”ə daxil olan “Nobel Energy Management” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Nobel Energy Management”in nizamnamə kapitalı 10 manatdan 2 mln. 550.1 min manata çatdırılıb.
Qeyd edək ki, bu şirkət 2020-ci ilin sonu yaradılıb, onun baş icraçı direktoru təcrübəli kadr olan Vüqar Səmədlidir. Şirkət Xəzər regionunda və ondan kənarda enerji sahəsində inteqrə olunmuş xidmətlər göstərən şirkətlər qrupudur.