“Qaradağ-Nəqliyyat” Açıq Səhmdar Cəmiyyətinə yeni direktor təyin ediləcək
FED.az xəbər verir ki, “Qaradağ-Nəqliyyat” ASC 7 yanvar 2020-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 20, mərtəbə 11, mənzil 60 ünvanında yerləşən cəmiyyətin inzibati ofisində səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə nizamnamənin yeni redaksiyada təsdiq edilməsi və cəmiyyətin direktorunun təyin edilməsi məsələləri daxildir.
Cəmiyyətin səhmdarları Cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla yuxarıda göstərilən ünvanda, həftənin 1-5-ci günlərində (iş günü hesab olunmayan bayram günləri və iş günü hesab olunmayan digər günlər istisna olmaqla), saat 10:00-dan 17:00-a kimi tanış ola bilərlər.
Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyası)