15 fevral 2025-ci il saat 13.00-da “Böyükşor Avtonəqliyyat” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Böyükşor qəsəbəsi, 2062-ci məhəllədə keçiriləcəkdir.
Gündəlikdəki məsələlər isə aşağıdakılardır:
1. Səhmdar cəmiyyətin 2024-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi və illik hesabatların təsdiqi.
2. Mənfəətin bölüşdürülməsi və dividendlərin verilməsi haqqında qərarın qəbul edilməsi.
Səhmdarlar onları maraqlandıran məsələlərlə əlaqədar rəhbərliyə müraciət edə bilərlər. Səhmdarlardan şəxsiyyət vəsiqələrinin və bank rekvizitlərinin təqdim edilməsi xahiş olunur.