Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNF) vəsaitlərini idarə edən xarici menecerlərin sayı artıb.
ARDNF-dən bildirilib ki, səhm portfelinin payının ARDNF-nin investisiya portfelində artması ilə əlaqədar 2017-ci ilin sonunda və cari ilin əvvəlində “Mellon Capital Management”, “BlackRock Investment Management” və “Sumitomo” xarici menecerlər siyahısına əlavə olunub.
“ARDNF hazırda vəsaitlərinin müəyyən hissəsinin idarə olunması ilə bağlı olaraq yeddi xarici menecerlə əməkdaşlıq edir. Xarici menecerlerdən ikisi - Dünya Bankı (“World Bank”) və “Deutsche Bank Advisors” sabit gəlirli qiymətli kağızlar üzrə, digər dörd xarici menecer - “State Street Global Advisors (SsgA)” , “UBS Global Asset Management”, “BlackRock Investment Management” və “Mellon Capital Management” isə səhmlər üzrə portfeli idarə edir. ARDNF-nin xarici meneceri kimi “Mellon Capital Management” və “BlackRock Investment Management” müvafiq olaraq 2017-ci ilin iyul və oktyabr aylarında fəaliyyətə başlayıb. 2018-ci ilin yanvar ayında isə bu siyahıya “Sumitomo” şirkəti də əlavə edilib. Fond əməkdaşlıq etdiyi xarici menecerlərlə fəaliyyətini davam etdirir və hazırda hər hansı yeni xarici menecerin cəlbi nəzərdə tutulmayıb. ” – deyə məlumatda qeyd olunub.