Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin sentyabr ayı ərzində 618,95 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
FED.az xəbər verir ki, bu barədə Fonddan bildirilib.
Eləcə də bax: Məmmədyarov Neft Fondunun ABŞ-a yatırdığı investisiyanın - HƏCMİNİ AÇIQLADI
Müqayisə üçün qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin avqust ayı ərzində 815,4 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, avqust ayı ilə müqayisədə sentyabrda valyuta satışı 196,5 milyon dollar və ya 24% azalıb.
Xatırladaq ki, 2019-cu ilin iyul ayı ərzində Neft Fondu tərəfindən 434,9 milyon ABŞ dolları məbləğində vəsait satılımışdı. İyul ayı ilə müqayisdə avqust ayında Dollar satışı 1,9 dəfə artmışdı.
2019-cu ilin iyun ayı ərzində isə 315,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Mərkəzi Bank bildirir ki, hərraclarda hələ də satıla bilməyən əhəmiyyətli məbləğdə valyuta vəsaitləri qalır. Bu da manatın məzənnəsini möhkəmlənmə təsiri altında saxlayır.
Dövlət Neft Fondunun 2019-cu ildə valyuta satışı
Aylar |
Miqdar, milyon ABŞ doları |
Yanvar |
634,9 milyon |
Fevral |
316,2 milyon |
Mart |
600,5 milyon |
Aprel |
423,7 milyon |
May |
352,4 milyon |
İyun |
315,9 milyon |
İyul |
434,9 milyon |
Avqust |
815,4 milyon |
Sentyabr |
618,95 milyon |