FED.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) aşağıdakı lotlar üçün AÇIQ TENDER ELAN EDİR
Lot -1. Müasir kiber hücumlarının qarşısının alınması üçün yeni nəsil təhlükəsizlik divarının (Palo Alto Networks NGWF) satınalınması.
Lot -2. İnformasiya texnologiyaları sistemlərinin üzərində çalışan virtual platforma üçün vendor texniki dəstək xidmətinin 1 il müddətinə uzadılması.
Lot -3. Çap və nüsxələmə avadanlıqlarının - kartric, toner və digər ehtiyat hissələrinin (HP və Xerox markaları üzrə) satınalınması.
Lot -4. Təhlükəsizlik siqnalizasiyası sistemləri üçün (Simplex, Bosch) avadanlıqların və ehtiyat hissələrinin satınalınması.
Lot -5. Nəmləndirmə avadanlıqlarının satınalınması.
Lot -6. Alpinist qurğularının satınalınması.
Lot -7. Avtoyuyucu avadanlığının satınalınması.
Lot -8. Texniki qurğu və avadanlıqlar üçün ehtiyat hissələrinin satınalınması.
ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 nömrəli fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanındakı internet səhifəsində tanış olmaq mümkündür .
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün malların, işlərin və xidmətlərin satınalınmasını əhatə edir.
Tender prosedurları 15 noyabr 2018-ci il yerli vaxtla saat 10.00-da, ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 nömrəli ünvanda tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
-tenderdə iştirak etmək üçün ərizə;
-podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-podratçının ixtisas göstəricilərinə dair məlumat;
-tender təklifi (tender təklifi qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank zəmanəti) ilə birlikdə);
-podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.
Podratçılardan tələb olunan sənədlər 31 oktyabr 2018-ci il yerli vaxtla saat 18.00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla 14 noyabr 2018-ci il yerli vaxtla saat 18.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 nömrəli ünvanda ARDNF-ə təqdim edilməlidir.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
Hər bir lot üçün iştirak haqqı 100 (yüz) manat məbləğdə müəyyən edilmişdir. Tenderin əsas şərtlər toplusu tenderdə iştirak edən podratçılara müvafiq lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir.
Azərbaycan Respublikası Dövlət Neft Fondu
Ünvan: AZ1029, Bakı, Nizami rayonu, Heydər Əliyev prospekti 165
VÖEN: 9900041961
H/h:AZ84NABZ01360400000000001944
Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
M/h: AZ74NABZ 01451700000000001944
S.W.I.F.T bik: NABZAZ 2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılışında iştirak edə bilərlər.
Tenderlə əlaqədar suallar və sorğular [email protected] ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 əlaqələndirici şəxslər lot 1-3 üçün Ülvi Abdullayev (dax.: 1210), lot 4 üçün Nailə Məmmədli (dax.: 9005), lot 5-8 üçün Elşad Bağırov (dax.: 1010), hüquqi məsələlər üzrə Fatimə Səlimli (dax.: 8025).
Neft Fondu haker hücumlarına hazırlaşır – ELAN
09:50
3 Okt 2018